EN

Proses başa çatıb, 26 ölkə bunu etməyə hazırdır

Ukrayna üçün təhlükəsizlik təminatlarının hazırlanması demək olar ki, başa çatıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski “Sky News” telekanalına danışıb.

"Birincisi, bunun müsbət tərəfi var. Çünki təhlükəsizlik zəmanətləri uzun müddətdir kağız üzərində idi. Onlar demək olar ki, hazırdır. Sadəcə bir neçə detalı təkmilləşdirmək lazımdır", - Ukrayna lideri deyib.

Zelenskinin sözlərinə görə, 26 ölkə zəmanət verməyə hazırdır. O, Kiyevin ABŞ-dan daha aydın mövqe gözlədiyini vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Zelenski Tramp qarşısında Ukraynadakı münaqişəni dayandırmaq üçün şərtlər qoyub. O, ABŞ və Avropanın dəstəkləyəcəyi bir sənəd almaq istədiyini bildirib.

Chosen
28
publika.az

1Sources