EN

® “Wyndham Garden Baku” hoteli qonaqların xidmətindədir

“Azpetrol” şirkətinə məxsus “Wyndham Garden Baku” hoteli 2022-ci il oktyabrın 25-dən fəaliyyət göstərir. Hotelin rəsmi açılış mərasimi 2023-cü il yanvarın 27-də keçirilib.

Rahatlığı və yüksək xidmət səviyyəsi ilə seçilən “Wyndham Garden Baku” hotelində 88 otaq, konfrans və iclas zalları, banket məkanları, restoran, SPA və fitnes xidmətləri mövcuddur. Burada 100-160 nəfərlik “Xan Çinar zalı”, 40-60 nəfərlik “Şam zalı”, eləcə də 15 nəfərlik iclas otağı müxtəlif tədbirlərin, əlamətdar günlərin və şənliklərin keçirilməsi üçün tam uyğun şərait yaradır.

Hotelin əsas üstünlüklərindən biri həm hava limanına, həm də şəhər mərkəzinə yaxın – cəmi 15 dəqiqəlik məsafədə yerləşməsi və qonaqlar üçün xüsusi transfer xidmətinin təşkil olunmasıdır. Burada 100 nəfərə yaxın peşəkar və gülərüz personal qonaqlara xidmət göstərir.

“Wyndham Garden Baku” hotelinin “Magnolia” restoranında təcrübəli aşpazlar tərəfindən hazırlanan milli və dünya mətbəxinin ləziz təamları təqdim olunur. Bundan əlavə, hotelin tərkibində fəaliyyət göstərən “Olive SPA & Wellness” mərkəzi qonaqların asudə vaxtının həm maraqlı, həm də faydalı keçməsi üçün nəzərdə tutulub.

Mərkəzdə 25 metr uzunluğunda hovuz, kardio və fitnes zalları, fin və rus saunaları, türk hamamı, müxtəlif masaj və müalicə otaqları, eləcə də “Vitamin Bar” fəaliyyət göstərir. Peşəkar təlimçilərin rəhbərliyi ilə idman və fitnes xidmətləri qonaqlara təqdim olunur.

“Wyndham Garden Baku” hoteli ilin bütün fəsillərində qonaqlara yüksək səviyyədə xidmət göstərməyə tam hazırdır. 

Chosen
14
4
azertag.az

6Sources