EN

"Nazirlərimizin fəaliyyət tempi prezidentimizin tempinə uyğun gəlmir" - Səyyad Aran

"Nazirlərimizin fəaliyyət tempi prezidentimizin tempinə uyğun gəlmir".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Səyyad Aran komitənin bugünkü iclasında deyib.

O qeyd edib ki, ən öndəgedən şəxslər deputatlardır:

"Milli Məclisin plenar iclaslarında adbaad deyəcəyəm nazirlərin adlarını. Nə işlə məşğulsunuz?"

Deputat əlavə edib ki, nazirlər onların zənglərini cavabsız qoyurlar:

"Yaxşı, anladıq, işiniz başınızdan aşır. Bəs sizin köməkçiləriniz hansı işə baxır? Müraciətlərimizə vaxtında baxsanız, biz də bilərdik ki, vətəndaşa nə deyək. Köhnə qaydalardan çıxmaq lazımdır".

Chosen
32
2
qaziler.az

3Sources