EN

Azərbaycanda birbaşa xarici investisiyalar üzrə $712.1 mln. kəsir yaranıb

2025-ci ilin 6 ayında birbaşa xarici investisiyalar üzrə xalis maliyyə aktivləri 516.3 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 195.8 mln.$ azalıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3.2 mlrd.$, xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1.3 mlrd.$ olmuşdur. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 712.1 mln.$ kəsir yaranmışdır.

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 77.2% təşkil etmişdir.

2025-ci ilin 6 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-652.2 mln.$) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (2 mlrd. 488.6 mln.$) həmin sektor üzrə kapitalın repatriasiyası (3 140.8 mln.$, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 25.4% artaraq 733.9 mln.$ olmuşdur ki, bunun da bir hissəsi (240.4 mln.$) ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlı olmuşdur.

Chosen
73
2
banker.az

3Sources