EN

KİV: Türkiyə İsraillə müharibəyə sürüklənir

BAKI, 17 sentyabr. TELEQRAF

Türkiyəyə qarşı kampaniya aparılır və məqsəd ölkəni İsraillə hərbi qarşıdurmaya sürükləməkdir.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin hakimiyyətə yaxın "Hürriyet" qəzetinin şərhçisi Abdulkadir Selvi bildirib.

"İsrail mətbuatında yayılan iddialara görə, Türkiyə Fələstin radikal hərəkatı Hamas-a öz ərazisində infrastruktur təmin edir. Bu səbəbdən İsrailin Qatardakı Hamas hədəfinə zərbəsindən sonra növbəti hədəf Türkiyə ola bilər",- o qeyd edib.

Selvi bildirir ki, qaçqın FETÖ üzvləri və İsrailin Mossad kəşfiyyatı birgə fəaliyyət göstərərək ictimai rəy formalaşdırmağa çalışır:

"Lakin Türkiyə lazımi tədbirlər görür və regiondakı mövqelərini gücləndirir. Türkiyə və İsrail regionda rəqiblərdir. Suriya məsələsində İsrail uduzur, Türkiyə isə mövqelərini gücləndirir. Türkiyənin təhlükəsizliyi yalnız Ankarada deyil, həm də Beyrut, Dəməşq və Bağdadda başlayır".

Chosen
64
teleqraf.com

1Sources