EN

Azərbaycan və Banqladeş hərbi təhsilin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıb VİDEO

 Banqladeşin Milli Müdafiə Kollecinin "Silahlı Qüvvələrin döyüş kursu"nun rəhbər və dinləyici heyəti "Xarici tədris gəzintisi" çərçivəsində Azərbaycana səfər edib.

Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Milli Müdafiə Universitetinin (MMU) rektorunun Elm və Təhsil üzrə müavini general-mayor Arif Həsənov briqada generalı Mostafizur Rahmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MMU-da keçirilən görüşdə banqladeşli qonaqlara universitetinin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatlar barədə geniş məlumat verilib.

Görüşdə hərbi təhsilin daha da inkişaf etdirilməsi istiqamətində maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı suallar cavablandırılıb. 

Səfər çərçivəsində Banqladeşin Milli Müdafiə Kollecinin nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib. Qonaqlara hərbi institutun yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. 

Chosen
4
15
missiya.az

10Sources