EN

​“Quraqlıq təbii fəlakətlər sırasına daxil olunmalıdır”

“Artıq iqlim dəyişiklikləri iqtisadiyyata və kənd təsərrüfatına çox ciddi təsir göstərir”.

"Cebheinfo.az" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Son illərin statistikasına baxsaq, kənd təsərrüfatı aşağı-yuxarı 3%-in ətrafında inkişaf edib. Amma bu ilin 8 ayının göstəricilərinə görə, artıq 1%-ə yaxın enmə var. Bu sahəni dəstəkləmək nəzərindən aparılan araşdırmaların nəticələrinə istinad etsək, hər il kənd təsərrüfatına təqribən orta müddətə 5 milyon manata qədər vəsait ayrılsa, 12 məhsul növü üzrə 5-7%-ə qədər artıma nail olmaq olar.

İqlim dəyişiklikləri fermerlərə ciddi ziyan vurur. Ona görə də quraqlığın təbii fəlakət sırasına daxil olması istiqamətində qanunvericiliyə dəyişiklik edilməsini vacib hesab edirəm”, - deyə millət vəkili qeyd edib.

"Cebheinfo.az" 

Chosen
5
1
cebheinfo.az

2Sources