EN

1 milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi rəsmiləşdirilib

Bakı. Trend:

Avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımaları sahəsindərəqəmsallaşma istiqamətində mühüm mərhələ gerçəkləşib – 1milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilib.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyiməlumat yayıb.

Bildiilib ki, bu nailiyyətin arxasında geniş iştirakçı şəbəkəsidayanır. 1 milyon əmtəə-nəqliyyat qaiməsinin tərtib olunmasında2778 yükgöndərən, 1179 daşıyıcı və 15087 yükalan iştirak edib.

Elektron əmtəə-nəqliyyat qaiməsi avtomobil nəqliyyatı iləyüklərin ölkədaxili daşınması zamanı rəsmiləşməni təmin edənsənəddir.

Bu sistem yükgöndərənlə daşıyıcı arasında müqavilənirəsmiləşdirir, yükün daşınmaya qəbul edilməsini və ünvanınaçatdırılmasını təsdiq edir, şəffaflığın artırılmasına vənəqliyyat-ticarət əməliyyatlarının rəqəmsal izlənməsinə imkanyaradır.

Qaimədə yükalanın ünvanı, çatdırılma yeri, miqdarı,qablaşdırılması, tərkibi, brutto çəkisi, göndərilmə vaxtı,nəqliyyat vasitəsinin növü və digər mühüm məlumatlar əksolunur.

Bütün sənədləşmə prosesi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyitərəfindən yaradılmış elektron xidmət üzərindən aparılır.

Elektron əmtəə-nəqliyyat qaiməsi daşımaların daha şəffaf,etibarlı və səmərəli həyata keçirilməsinə xidmət edir.

Məqalədə:
Chosen
31
4
az.trend.az

5Sources