EN

Azərbaycanın strateji valyuta ehtiyatları 78 milyard dollara çatır

Azərbaycanın strateji valyuta ehtiyatları 6,7 milyard dollar artaraq 77,7 milyard dollara çatıb.

Bu barədə Mərkəzi Bankın Statistika Departamentinin rəhbəri Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

“Bu, ölkənin maliyyə dayanıqlılığını bir daha sübut edir. Ölkənin strateji valyuta aktivlərinin reallaşmış hissəsi 275 milyon dollar azalıb”, - deyə Samir Nəsirov əlavə edib.

Onun sözlərinə görə, neftin orta qiyməti 70,7 dollar, qazın satış qiyməti isə min kubmetr üzrə 301 dollar olub.

Chosen
46
8
vergiler.az

10Sources