EN

Azərbaycanda milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilib

Azərbaycanda avtomobil nəqliyyatı ilə ölkədaxili yük daşımaları sahəsində 1 milyonuncu elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “APA-Economics”ə verilən məlumata görə, qaimənin tərtib olunmasında 2778 yükgöndərən, 1179 daşıyıcı və 15087 yükalan iştirak edib.

“Elektron əmtəə-nəqliyyat qaiməsi ölkədaxili yük daşımalarında yükgöndərənlə daşıyıcı arasındakı müqaviləni rəsmiləşdirir, yükün daşınmaya qəbulunu və çatdırılmasını təsdiqləyir”, - məlumatda bildirilir.

Qeyd olunur ki, bütün sənədləşmə prosesi AYNA tərəfindən yaradılmış elektron xidmət üzərindən aparılır.

Chosen
40
2
apa.az

3Sources