EN

“Qarabağ”ın yeni transferi: “Uduzurduq, amma təslim olmadıq”

"Bu qələbəyə sevinirik. Xoşbəxtlikdən qol vurmağı bacardım". 

Ölkə.az xəbər verir ki, bu sözləri UEFA Çempionları Liqasında əsas mərhələnin ilk turunda "Benfika" ilə qələbəylə (3:2) bitən oyunundan sonra "Qarabağ"ın oyunçusu Kamilo Duran deyib.

Kolumbiyalı futbolçu sona qədər mübarizə apardıqlarını vurğulayıb: 

"Bunun asan olmayacağını bilirdik, amma çox çalışdıq və üç xal qazandıq. Oyuna bir az diqqətsiz başladıq, 0:2 hesabı ilə uduzurduq, amma təslim olmadıq. Həmişə hücumda oynamağa çalışdıq və lazım olan qələbəni qazandıq".

Chosen
11
2
olke.az

5Sources