EN

İstanbulda "Teknofest" festivalı başladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin İstanbul şəhərində böyük maraqla gözlənilən "Teknofest" festivalının açılışı gerçəkləşib.
Oxu.Az-ın "Türkiye Gazetesi"nə istinadla verdiyi məlumata görə, tədbir Türkiyə Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) və Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Festival 17-21 sentyabr tarixləri arasında davam edəcək və hər gün saat 09:00-dan 19:00-dək aviasiya, kosmos və texnologiya həvəskarlarının ziyarətinə açıq olacaq. Ziyarətçilər beş gün boyunca havada şoular, konsertlər və müxtəlif müsabiqələrlə zəngin interaktiv proqramlardan yararlana biləcəklər.
Tədbir çərçivəsində hər yaş qrupundan iştirakçılar üçün də maraqlı və öyrədici təcrübələr təqdim olunacaq.
Chosen
32
oxu.az

1Sources