EN

Rəhbər iş prosesinə müdaxilə etdiyi üçün bütün məşqçilər komandadan ayrılıb

I Liqada yarışan "Cəbrayıl"da məşqçi ayrılıqları baş verib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, yayda komandanın sükanı arxasına gətirilən Bəxtiyar Sultanovun bütün köməkçiləri düşərgəni tərk edib.

Buna səbəb son məşq prosesində yaşanan xoşagəlməz hadisədir.

Klubun rəhbəri Şahin Məmmədov hazırlıq prosesinin ardından meydançaya daxil olaraq, baş məşqçinin yardımçılarına etirazını bildirib.

O, məşqin keçirilmədiyini, hücumçuların az çalışdığını söyləyib və əlavə tapşırıqlar verib.

Məmmədovun onların işinə müdaxilə etməsindən narazı qalan məşqçilərin hamısı əşyalarını toplayaraq, kollektivlə sağollaşıb. Sultanovun özü isə hadisəyə seyrçi qalıb və rəhbər şəxsə heç nə deməyib.

İdman.biz

Chosen
25
2
idman.biz

3Sources