EN

Yuliya Navalnaya şok açıqlama verdi: “Ərim Aleksey Navalnı zəhərlənərək öldürülüb”

Rusiya müxalifət lideri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya onun ölüm səbəbi ilə bağlı sarsıdıcı açıqlama verib.

Olaylar.az xəbər verir ki, Yuliya Navalnaya əri həbsdə olarkən zəhərləndiyini iddia edib.

Onun sözlərinə görə, 2024-cü ilin fevralında Navalnının bioloji materiallarının nümunələrini etibarlı yolla xaricə çıxarmaq mümkün olub. Daha sonra nümunələr ən azı iki ayrı ölkənin laboratoriyalarında müstəqil şəkildə araşdırılıb.

"Laboratoriyaların nəticələri eyni oldu - Aleksey öldürülüb. O, məhz zəhərlənib", - deyə Yuliya Navalnaya bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
57
1
olaylar.az

2Sources