EN

Polşa nüvə paylaşımı proqramında Fransanın dəstəyinə ümid edir

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 sentyabr, AZƏRTAC

Polşa nüvə silahlarının yerləşdirilməsi üçün NATO-nun “Nuclear Sharing” - nüvə paylaşımı proqramında Fransanın dəstəyinə ümid edir.

AZƏRTAC xəbər verir ki, bunu Polşa Prezidenti Karol Navrocki Fransanın LCI telekanalının efirində deyib. O qeyd edib ki, Polşanın öz nüvə potensialı olmalıdır.

Prezident ölkəsinin nüvə dövləti statusunu proqnozlaşdırmaqdan imtina etsə də, Varşavanın “nüvə silahlarını paylaşmaq hüququna malik olduğunu” vurğulayıb. Onun sözlərinə görə, söhbət NATO-nun nüvə silahına malik ölkələrinin bu silahı alyansın digər üzvlərinə təqdim etdiyi “Nuclear Sharing” proqramında iştirakdan gedir.

“Polşa ilə Fransa arasında tərəfdaşlıq məhz bununla bağlıdır. Bu, mənim Polşa Respublikasının Prezidenti kimi imzalamaqdan məmnun olacağım Nansi müqaviləsi sayəsində mümkün olacaq”, - deyə Navroçki bildirib.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron və Polşanın Baş naziri Donald Tusk Nansidə hərbi sahədə dostluq və genişləndirilmiş əməkdaşlıq haqqında ikitərəfli saziş imzalayıblar.

“Nuclear Sharing” proqramı çərçivəsində ABŞ-ın nüvə silahları Belçika, Almaniya, İtaliya, Niderland və Türkiyədə yerləşdirilir. Birləşmiş Ştatlardan başqa, Fransa və Böyük Britaniya kimi NATO ölkələri də öz nüvə silahlarına malikdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
1
azertag.az

2Sources