EN

Bu ölkə HƏMAS-ı, “Hizbullah”ı və SEPAH-ı terror təşkilatları ELAN ETDİ

Ekvador hakimiyyəti Fələstin hərəkatı HƏMAS-ı, Livan qruplaşması “Hizbullah”ı və İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları kimi tanıyıb. 

Bizim.Media xəbər verir ki, bu barədə El Comercio nəşri məlumat yayıb.
 

Ekvador prezidenti Daniel Noboa bununla bağlı fərman imzalayıb. Fərmanda bildirilir ki, bu qruplar “ölkə əhalisinə, mövcud nizam-intizama, Ekvadorun suverenliyinə və bütövlüyünə təhdid yaradır”.


Dövlət başçısı həmçinin kəşfiyyat qurumlarına HƏMAS-ın, “Hizbullah”ın və SEPAH-in ölkədəki silahlı birləşmələrin fəaliyyətinə təsirini təhlil etməyi tapşırıb.

Bizim.Media

Chosen
25
1
bizim.media

2Sources