EN

“Enerji balansı” işçi qrupunun tərkibi genişləndirilib

Nazirlər Kabineti "Enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət Qaydası"nın təsdiq edilməsi haqqında" 1 may 2024-cü il tarixli qərarında dəyişiklik edib. Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, “Enerji balansı”nın layihəsinin hazırlanması və icrasına nəzarət üçün yaradılmış işçi qrupunun tərkibi genişləndirilib. Yeni tərkibə İqtisadiyyat və Maliyyə Nazirlikləri, Dövlət Statistika Komitəsi, Dövlət Neft Şirkəti, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərlə yanaşı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də daxil edilib.

Chosen
31
2
metbuat.az

3Sources