EN

Paşinyan Ağrı dağının təsvirini gerbdən də ÇIXARIR

“Ermənistan hakimiyyəti Ağrı dağının təsvirini dövlət gerbindən çıxara bilər”. 

“Cebheinfo.az” “Sputnik Ermənistan”-a istinadən xəbər verir ki, bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə keçmiş səfiri Edmon Marukyan deyib.

Onun sözlərinə görə, bu təşəbbüs Baş nazir Nikol Paşinyan hökumətinə məxsusdur və Türkiyə ilə münasibətlərin normallaşması ilə heç bir əlaqəsi yoxdur. O əlavə edib ki, bu, erməni kimliyinin transformasiyası üçün edilir.

"İsrar edirəm ki, belə bir şərt yoxdur. Sərhədi açmaq üçün Ermənistanı Ağrı dağını bütün dövlət rəmzlərindən çıxarmağa məcbur edən sənəd göstərsinlər", - Marukyan bildirib.

Bundan əvvəl Paşinyan Ermənistana silah tədarükünün artırılmasından danışıb.

"İndi silah bazarları bizim üçün qeyri-məhduddur. Niyə bu məhdudiyyətlər aradan qalxdı? Legitimliyə görə", - deyə o bildirib.

Chosen
34
1
cebheinfo.az

2Sources