EN

"Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitləri daha bir mənbə hesabına formalaşdırılacaq

Nazirlər Kabineti "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 25 yanvar 2007-ci il tarixli qərarında dəyişiklik edib. 

FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qərara əsasən, Fondun vəsaitləri daha bir mənbə hesabına formalaşdırılacaq. Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq göstərdiyi ödənişli xidmətlərdən əldə etdiyi gəlirlər, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər gəlirlərdir. 

Chosen
49
9
fed.az

10Sources