Ramil Şeydayevin hansı şərtlərlə «Neftçi»ni tərk etməsi bilinib.
Bakılılar kontraktı qarşılıqlı razılıq əsasında pozmağın müqabilində 29 yaşlı hücumçuya təzminat ödəməyə üstlənib.
Samir Abasovun bu mövsüm sərəncamında görmək istəmədiyi forvard 6 aylıq əməkhaqqı qədər kompensasiya alacaq.
Bu məbləğ birbaşa onun bank hesabına köçürülməyəcək. Razılaşmaya əsasən, millinin oyunçusu həmin məbləği hissə-hissə əldə edəcək.
Şeydayev 2024-cü ilin yayında «Kocaeloispor»dan bura gəlib. Üçillik müqavilə imzalayan ön xətt oyunçusu ötən mövsüm vur-tut 4 qol vurub.
Odur ki, baş məşqçi Samir Abasov onun adını iştirak ərizəsinə daxil etməyib.
Ramil ötən 1 ayda əsas komandanın düşərgəsinə ayaq basmayıb. Bazada fərdi məşq keçib.
Onun bir ayağı «Qarabağ»dadır artıq. «Araz-Naxçıvan» da yığmanın üzvünün xidmətindən maraqlıdır.
SPORTİNFO.AZ