Quraqlığın təbii fəlakətlər sırasına daxil edilməsi istiqamətində qanunvericiliyə dəyişiklik edilməlidir.
Pul və ağıl: Su çatışmazlığı problemini necə həll etmək olar? – ƏN VACİB 4 ÜSUL
FED.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri xeyli dərəcədə aqrar sektora təsir edir: "Bu, fermerlərə ciddi ziyan vurur. Hesab edirəm ki, quraqlığın təbii fəlakətlərin siyahısına daxil edilməsi ilə bağlı sənəd parlamentdə müzakirəyə çıxarılmalıdır. Həmçinin, bu istiqamətdə aidiyyəti orqanlarla müzakirələr aparılmalıdır".
Deputat quraqlığın təbii fəlakətlər sırasına daxil edilməsi istiqamətində qanunvericiliyin dəyişdirilməsini məqsədəuyğun hesab edir. (Report)