EN

İran BMT Baş Assambleyasında Avropa ölkələri ilə danışıqlar aparacaq – ÖZƏL

Davam edən nüvə və regional proseslər fonunda İran ABŞ-də keçiriləcək BMT Baş Assambleyasının sessiyasından Avropa ölkələri ilə danışıqlar aparmaq üçün istifadə edəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ-nin İran nümayəndə heyətlərinə viza məhdudiyyətləri tətbiq etməsi yeni hal deyil, lakin bu dəfəki tədbirlər misilsizdir və BMT-yə ev sahibliyi edən ölkə kimi ABŞ-nin öhdəliklərini açıq şəkildə pozur. Bu isə Vaşinqtona olan etimadı daha da zəiflədir.

Onun sözlərinə görə, bəzi vizalar artıq verilib, lakin Nyu-York və Cenevrədəki həmkarlarından əlavə məlumat gözlənilir:
"Əlavə məlumat əldə olunduqdan sonra nümayəndə heyətinin tərkibi və iştirakla bağlı qərar veriləcək", - deyə Bəqai vurğulayıb.

Sözçü əlavə edib ki, İran Baş Assambleya çərçivəsində və digər beynəlxalq görüşlərdə öz mövqelərini dəqiqləşdirəcək, həmçinin regional və beynəlxalq hadisələrlə bağlı dialoqlar aparacaq. Onun sözlərinə görə, bu səfər zamanı, xüsusilə nüvə məsələləri və BMT Təhlükəsizlik Şurasının əvvəllər ləğv edilmiş qətnamələrinin bərpası ilə bağlı həssas şərait nəzərə alınmaqla, Avropa və digər ölkələrlə danışıqlar planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
olaylar.az

1Sources