EN

O, "Qarabağ"ın oyununun hesabını əvvəlcədən açıqlamışdı - 2:3 DƏQİQ HESAB

Ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda  “Qarabağ” möhtəşəm uğura imza atıb. Qurban Qurbanovun komandası səfərdə Avropanın nəhəng klublarından biri sayılan “Benfika”nı 3:2 hesabı ilə məğlub edib.


Maraqlı məqamlardan biri də odur ki, Manset.az oyundan əvvəl sosial şəbəkə hesablarında qarşılaşma ilə bağlı paylaşım etmişdi. Həmin paylaşımda daimi izləyicilərimizdən Vilayət Hətəmov “Qarabağ”ın 3:2 hesabı ilə  qalib gələcəyini bildirmişdi. Onun nəticəni dəqiq təxmin etməsi izləyicilər arasında böyük maraq doğurub. Vilayət Hətəmov bildirib ki, artıq bir çox izləyicilər ona mesaj yazaraq növbəti oyunların dəqiq hesabını soruşur. 

Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.

Chosen
10
manset.az

1Sources