EN

Seyidbəyli kəndinə ilkin mərhələdə 31 nəfərdən ibarət 9 ailə köçüb

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xocalı rayonunun Seyidbəyli kəndinə kəndinə ilkin mərhələdə 31 nəfərdən ibarət 9 ailə köçüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı Prezidentin izi ilə Xocalıya təşkil olunan mediatur çərçivəsində deyib.

Onun sözlərinə görə, Seyidbəyli kəndində quruculuq işləri sürətlə davam etdirilir:

"Kənddəki 140 evdən 10-u artıq bərpa edilib. Bu ilin sonunadək 44, 2026-cı ildə isə daha 64 ev istismara hazır olacaq. Kəndin bərpası zamanı əhalinin yaşayışı üçün vacib sayılan bütün infrastruktur layihələr həyata keçirilir. Kənddə daxili yollar asfaltlanıb, içməli su şəbəkəsi yenidən qurulub, həmçinin su anbarı, subartezian quyusu bərpa edilib.

Bundan başqa, kənddə 30 kilometr uzunluğunda mövcud elektrik xətti bərpa olunub, 2 ədəd transformator quraşdırılaraq, sayğaclaşdırma işlərinə başlanılıb. Evlərin "mavi yanacaq"la təmin olunması üçün, magistral qaz xətləri çəkilib, 5,7 kilometr uzunluğunda mövcud qaz xətti bərpa edilib.

Həmçinin kənddə bayraq meydanı salınıb. Aparılan quruculuq işlərinin nəticəsi olaraq, artıq kəndə sakinlərin köç prosesi başlayıb. İndiyədək kəndə 31 nəfərdən ibarət 9 ailə köçüb".

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Seyidbəyli kəndində olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
1
baku.ws

2Sources