EN

Meyxanaçı: “Yaşlı nəsil üçün indiki toylar maraqsızdır”

Vüqar Əbilov  toy məclislərinin formatından söz açıb.

Adalet.az  bildirir ki, meyxanaçı toyların başqa tərzdə keçirildiyini qeyd edib:

“Əvvəllər hamı bilir ki toylar başqa idi. Bizim kəndimizdə cammatı kim yaxşı tanıyırsa, toyu ona həvale edirdilər. Məsələn Ağdamda deyirdilər ki, toyu Sədi Məmmədov oxusun. Çünki cammatı yaxşı tanıyırdı. Kənardan çox az qonaq gəlirdi. Hansı rayonda toy olurdusa, çoxluq da o yerin cammatı olurdu. Ancaq indi elə deyil. Valideynlər çox vaxt övladlarının  fikrini soruşub toya müğənni və ya xanəndə dəvət edirlər. İndiki dövr fərqlidir. Yaşlı nəsil üçün indiki toylar artıq  maraqsızdır. Çünki onların zamanında toylar daha çox milli idi. Adət ənənələri də artiq müasirləşdiriblər”.

Əntiqə
 

Chosen
8
1
adalet.az

2Sources