EN

Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Ermənistan siyasi baxımdan istiqamətini müəyyənləşdirir. Sadəcə, baş nazir Nikol Paşinyanın nə dərəcədə legitim olması, onun həyata keçirdiyi siyasətin xalq tərəfindən necə dəstəklənməsi məsələsi keçiriləcək parlament seçkiləri zamanı üzə çıxacaq. Parlament seçkilərinin nəticələrindən asılı olaraq Ermənistan bir dövlət kimi siyasi yolunu seçəcək. Bu baxımdan, Ermənistandakı durum və seçkinin nəticələri bütün regionumuz üçün əhəmiyyət daşıyır”.Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu gələn il Ermənistanda keçiriləcək parlament seçkilərindən danışarkən deyib.“Əgər parlament seçkilərində revanşist qüvvələr qalib gələcəksə, təbii ki, Ermənistandakı proseslər əvvəlki vəziyyətə qayıdacaq, Azərbaycanla münasibətlərdə gərginlik yaradılacaq, Azərbaycanla əldə edilən razılaşmalar pozulacaq, Amerikada aparılan danışıqlar və nümayiş etdirilən niyyətdən imtina ediləcək və s. Yox, əgər parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvələr qalib gələcəksə, bu artıq Paşinyanın tam və qəti qələbəsi olacaq. Bundan sonra Paşinyan və hökumətinin atdığı bütün addımlar legitim olacaq. Eyni zamanda ABŞ və Avropa Paşinyanı ciddi şəkildə dəstəkləyəcək. Bu zaman Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının qarşısında heç bir maneə olmayacaq. Çünki Paşinyan parlamentdə çoxluq əldə edəcəyi təqdirdə həm daxildə rəqiblərini neytrallaşdırmaq üçün geniş imkanlar qazanacaq, həm də, faktiki olaraq, beynəlxalq imicini, legitimliyini bir daha təsdiqləyəcək. Və kifayət qədər dəstək alacaq”,- S. Cəlaloğlu izah edib.ADP sədri bildirib ki, sadaladığı məqamları nəzərə aldıqda məlum olur ki, Ermənistanda gələn il keçiriləcək parlament seçkilərinin nəticələrindən çox şey asılıdır. Onun sözlərinə görə, seçkilərdən təkcə Ermənistanın gələcək siyasi yolu deyil, eyni zamanda Gürcüstan və Azərbaycan da daxil olmaqla, regionun gələcək taleyi də müəyyən qədər asılı olacaq.Nemət ORUCOVReyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
reyting.az

2Sources