EN

Türkiyədə FETÖ-yə qarşı dəniz qüvvələrində əməliyyat

Türkiyədə FETÖ-yə qarşı daha bir əməliyyat keçirilib. Ankara Baş Prokurorluğunun rəhbərliyi ilə təşkil edilən əməliyyat nəticəsində Hərbi Dəniz Qüvvələrinə sızmağa cəhd edən şəxslər saxlanılıb.

News365.az-ın "CNN Türk"ə istinadən yaydığı xəbərə görə, əməliyyat zamanı biri fəaliyyətdə olan, doqquzu isə əvvəllər ordudan kənarlaşdırılmış 10 zabit və gizir tutulub. Onların FETÖ üzvləri ilə əlaqə saxladıqları, həmçinin bu barədə şahid ifadələrinin mövcud olduğu bildirilir. Əməliyyatlar üç vilayətdə aparılıb.

Qeyd olunur ki, bundan bir gün öncə də FETÖ ilə əlaqəli olduqları şübhəsi ilə 15 nəfər, o cümlədən Xarici İşlər Nazirliyinin 8 əməkdaşı həbs edilmişdi.

Xatırladaq ki, 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdindən sonra FETÖ Türkiyədə və bir sıra ölkələrdə terror təşkilatı kimi tanınıb. Təşkilatın lideri Fətullah Gülən isə 2024-cü ilin oktyabrında ABŞ-da vəfat edib.

News365.az

Chosen
33
news365.az

1Sources