EN

Ötən il dövlət büdcəsinə 15,8 milyard manat vergi daxil olub

BAKI, 17 sentyabr. TELEQRAF

Ötən il Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 15,8 milyard manat vergi daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin 2024-cü il üzrə hesabatında qeyd olunub.

Hesabat ilində məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 5,8 milyard, işsizlikdən sığorta üzrə daxilolmalar 208,1 milyon manat, icbari tibbi sığortadan daxilolmalar isə 1 milyard manat təşkil edib.

Chosen
54
teleqraf.com

1Sources