EN

Sumqayıtda qadın evinə suşi sifariş etdi, kuryer döyüldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sumqayıt şəhərində ünvana suşi çatdıran restoran kuryeri döyülüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən restoranlardan birində baş verib.
Sumqayıt şəhər sakini olan qadın restorandan yaşadığı ünvana suşi sifariş verib. Sifariş restoranın kuryeri tərəfindən ünvana göndərilib. Kuryer ünvana çatarkən ünvanı dəqiqləşdirmək üçün sifarişçi xanıma zəng vurub. Telefon danışığı zamanı müştəri ilə kuryer arasında anlaşılmazlıq olduğundan mübahisə yaranıb və kuryer müştəri ilə sərt danışıb. Bu vaxt qadın telefonu qardaşına verib. Kuryer isə telefonu söndürərək həmin nömrəni blok edərək sifarişi çatdırmaq üçün başqa kuryerə verib.
Sifariş ünvana çatdırıldıqdan sonra qadının qardaşı həmin restorana gedərək kuryeri tapıb. Aralarında yaranan mübahisə nəticəsində həmin şəxs kuryeri döyüb. Hadisə nəticəsində kuryerin aldığı zərbələrdən dişi qırılıb.
Kuryer dərhal polisə məlumat verib və hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.
Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslə zərərçəkmiş arasında barışıq elan olunub və cinayət işinə xitam verilib.
Samir Əli
Chosen
17
oxu.az

1Sources