EN

Avropada İsrailə qarşı mədəni boykot güclənir

Poliqon Politico nəşrinı istinadən xəbər verir ki, Avropada İsrailin müxtəlif beynəlxalq tədbirlərdə iştirakı ətrafında yaranmış narazılıqlar artıq mədəniyyət və idman sahələrinə də təsir göstərməkdədir. Bu gərginliyin ən bariz nümunəsi isə 2026-cı ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsidir.

Məlumata görə, bir sıra ölkələr İsrailin yarışmada iştirakına etiraz edərək boykot təhdidi irəli sürüblər. Hətta ekspertlər bu böhranı “Avroviziya” tarixində ən ciddi təhlükə kimi qiymətləndirirlər. May ayında Avstriyanın paytaxtı Vyanada baş tutacaq yarışma hələ başlamamış ciddi siyasi mübahisələrin mərkəzinə çevrilib.

Qeyd olunur ki, “Avroviziya” özünü hər zaman “siyasətdən kənar” bir layihə kimi təqdim edib. Lakin Avropa Yayım İttifaqının (EBU) təşkil etdiyi, 56 ölkənin ictimai media qurumlarını birləşdirən bu müsabiqə İsrail məsələsinə görə hazırda görünməmiş təzyiq altındadır.

Müsabiqənin direktoru Martin Qrin bildirib ki, EBU üzv ölkələrlə “İsrailin iştirakı və ətrafındakı geosiyasi gərginliklə necə idarə olunmalı” məsələsini müzakirə edir:
“Biz Yaxın Şərqdə davam edən münaqişə ilə bağlı yaranmış narahatlıqları və dərin hissləri başa düşürük”.

Siyasi analitiklər hesab edirlər ki, Avropadakı mövcud etiraz dalğası və boykot çağırışları “Avroviziya”nın nüfuzuna və hətta gələcək mövcudluğuna ciddi təsir göstərə bilər.

Poliqon.info

Chosen
2
poliqon.info

1Sources