EN

Qarabağ üçün heç bir rəqib məğlubedilməz deyil Deputat

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, dünən UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda "Qarabağ" Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə məğlub edərək tarix yazdı.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a açıqlamasında bildirdi ki, "Qarabağ" futbol klubunun əldə etdiyi qələbələr Qarabağ adını artıq Azərbaycanda həm coğrafi mənada, həm idman mənasında, qələbə sözü ilə assosiasiya edir.

""Qarabağ" futbol klubu olaraq öz tarixində sübut etdi ki, Azərbaycan kütləvi oyunlarda da qələbə qazana bilir. "Qarabağ" üçün heç bir rəqib əlçatmaz və yaxud məğlubedilməz deyil. Bu, Azərbaycan gəncliyində futbola marağı artırmaqla həm də xüsusən kütləvi oyunlarda özünə inamı tərbiyə edir. Mənə elə gəlir ki, bu oyun idman tariximizin yeni səhifələrindən biridir. Azərbaycan Prezidentinin təbriki isə idmanın Azərbaycanda necə sevildiyinin, necə ictimai diqqət mərkəzində olduğunun və dövlət tərəfindən necə qayğı ilə əhatə edildiyinin göstəricisidir. Ona görə də qarşımızdakı çətin mərhələlərdə və keçəcək oyunlarda da "Qarabağ"ımıza uğurlar arzulayırıq və onun əldə etdiyi qələbələrlə hər birimiz fəxr edirik. Sükanı belə saxlasınlar", - deyə millət vəkili yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
1
redaktor.az

2Sources