EN

Beşinci nəsil qırıcıdan AMRAAM raketinin ən uzun məsafəli atışı reallaşdırılıb

“Raytheon” şirkəti və ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Döyüş Komandanlığı “hava-hava” tipli AMRAAM raketinin növbəti atış sınaqlarını keçirib.

“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, Eqlin aviabazasının hava məkanında keçirilmiş sınaqlar zamanı beşinci nəsil qırıcıdan indiyədək qeydə alınmış ən uzaq məsafəli AMRAAM raketi atışı uğurla icra olunub.

Bildirilib ki, 2024-cü ilin payızında F-22 qırıcısı ilə aparılan sınaqlar AMRAAM-ın uzadılmış uçuş müddəti imkanlarını nümayiş etdirib və bu raketin beşinci nəsil təyyarələrin döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırdığını sübut edib. Bu nailiyyət ABŞ HHQ-nin F3R (“form, fit, function refresh”) modernləşdirmə proqramının nəticəsi olmaqla yanaşı, “Raytheon” şirkətinin AMRAAM-ın tədqiqatı, inkişafı və istehsalına yatırdığı sərmayələrin də bəhrəsidir.

Chosen
24
poliqon.az

1Sources