EN

Bakıda mağaza və avtomobili soyan şəxslər tutuldu


Polis paytaxtda mağaza və avtomobildən pul oğurlayan şəxsləri saxladı. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxslər paytaxt sakininin avtomobilindən 200 min rubl (4000 manat), marketlərin birindən isə 1347 manat oğurlayıblar.

"Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Salmanov və 38 yaşlı E.Vəliyev saxlanılıblar. E.Vəliyevin üzərindən əlavə olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin də aşkarlanıb.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir",- məlumatda qeyd edilib.

ZÜMRÜD

Chosen
27
5
baki-xeber.com

10Sources