EN

Ötən il gecikdirilmiş bəyannamələrin sayı 11 faizə yaxın artıb

BAKI, 17 sentyabr. TELEQRAF

2024-cü ildə vergi ödəyiciləri tərəfindən ümumilikdə 2 milyon 644 min 254 bəyannamə təqdim edilib.

Teleqraf xəbər verr ki, bu barədə Dövlət Vergi Xidmətinin illik hesabatında qeyd olunub.

Onlardan gecikdirilərək təqdim edilmiş bəyannamələr istisna olmaqla, vaxtında təqdim edilənlərin sayı 2 356 336 təşkil edib.

Qeyd edək ki, 2018-2020-ci illərdə gecikmə ilə təqdim olunan bəyannamələrin xüsusi çəkisində artım qeydə alınsa da, 2020-ci ildə sosial sığorta və muzdlu işlə bağlı hesabatların vahid hesabat formasına gətirilməsindən sonra bu göstərici azalmağa başlayıb, vaxtında təqdim edilmiş bəyannamələrin xüsusi çəkisi son 4 ildə 2,2 faiz artaraq 89,11 faiz təşkil edib.

Digər tərəfdən, gecikmə ilə təqdim olunan bəyannamələrin xüsusi çəkisi 2018-ci ildə 3,69% olarkən, 2024-cü ildə 10,89%-ə çatıb.

Chosen
70
teleqraf.com

1Sources