EN

Bakıda bir nəfər orta hesabla məhsullara 494 manata yaxın pul xərcləyib

2025-ci ilin səkkiz ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi real ifadədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8% artıb. Bu barədə Bakı Statistika Komitəsi məlumat yayıb. 

Bu dövrdə qeyri-dövlət sektorunun payı ümumi dövriyyənin 99,8%-ni təşkil edib.

Alıcıların pərakəndə ticarət şəbəkəsində xərclərinin strukturu belə olub:

50,7% – ərzaq məhsulları, 4,3% – içkilər və tütün məmulatları, 12,9% – geyim, toxuculuq məhsulları və ayaqqabılar, 6,1% – avtomobil benzini və dizel yanacağı, 4,8% – elektrik malları və mebellər, 2,4% – əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 1,3% – kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 17,5% – digər qeyri-ərzaq malları.

Cari ilin səkkiz ayı ilə müqayisədə pərakəndə ticarət dövrüyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 8% artıb. 

Hesabat dövründə bir nəfər orta hesabla ayda 493,6 manatlıq ərzaq və qeyri-ərzaq məhsulları alıb. 

Gülnar Nazimqızı 

 

Chosen
10
anews.az

1Sources