EN

Xatirə Tacir Şahmalıoğlunun iddialarına belə CAVAB VERDİ

Müğənni Xatirə İslam, onun ilk müəllimi olduğunu deyən həmkarı Tacir Şahmalıoğlunun açıqlamalarına münasibət bildirib.

News365.az xəbər verir ki, sənətçi T.Şahmalıoğlunun ona dərs vermədiyini söyləyib.

Xatirə həmçinin Tacir Şahmalıoğlunun atasını vəfat etmiş kimi təqdim etməsinə etiraz edib:

"Atam sağdır və hər kəsə deyir ki, mən ölməmişəm. Tacir müəllim, sizə də, səsinizə də qurban olum. Siz bizim böyük sənətkarımızsınız. Həmişə fəxr etmişəm ki, sizin yanınızda olmuşam. Deyirsiniz ki, rəhmətlik atası onu yanıma gətirdi. Amma mənim atam sağdır, yəqin səhv salmısınız. Qapım hər zaman sizə açıqdır. Mənim üçün çox dəyərlisiniz. Sizinlə 6 ay çalışmışam, toylara aparmısınız, bir çox mahnı və oxuma texnikalarını yanınızda öyrənmişəm. Amma tələbə kimi... Xeyr. Siz mənə konkret hansı mahnını öyrətmisiniz? O mənada tələbəniz olmamışam. Amma nə deyirsinizsə, başım üstədir, çünki sənətdə də, yaşda da məndən böyüksünüz."

Xatırladaq ki, Tacir Şahmalıoğlu "Günə uğurla" verilişində belə demişdi:

"Xatirə İslam mənim tələbəm olub. İlk sənətə gələndə mən ona dərs demişəm. Atası Novruz müəllim əlindən tutub yanıma gətirdi, dedi, qızım sənin kasetinlə yatır. İstəyirəm ilk məsləhəti sən verəsən. 6 ay ona dərs keçmişəm."

Chosen
1
4
news365.az

5Sources