EN

"Qarabağ"la zarafat etmək olmaz! - Komitə sədri

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Benfika"nı (Portuqaliya) səfərdə məğlub etməklə Avropaya səs-səda salıb. Lissabonda keçeilən matç "köhlən atlar"ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ı qələbə münasibətilə təbrik edənlərin ardı-arası kəsilmir.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Modern.az-a bildirib ki, "Qarabağ”ın 8 ildən sonra Çempionlar Liqasına belə möhtəşəm qaydışı qürurvericidir:

“Hər şeydən əvvəl "Qarabağ"ı və Azərbaycanı təbrik etmək istəyirəm. "Qarabağ" olduqca tarixi uğura imza atıb. Özündən büdcə baxımından dəfələrlə böyük olan və Avropada tanınmış, rəqib komandaların oynamağı arzu etmədikləri "Benfika" klubunu inun öz stadionunda məğlub etdi. "Qarabağ" hesabda 0:2 geriyə düşdü, amma sonra 3 qol vuraraq qələbə qazanmağı bacardı. Doğrudan da, qürurveri anlar idi.

"Qarabağ" klubu son illər müxtəlif turnilərdə çıxış edir. Onun 8 ildən sonra Çempionlar Lqasına "Qarabağ"ın belə möhtəşəm qayıdışı ayrıca qürurverici haldır. Bu münasibətlə bir daha bütün xalqımızı təbrik edirəm. Möhtərəm cənab Prezident hər zaman idmana, o cümlədən "Qarabağ" klubuna böyük diqqət və qayğısını göstərib. Heç təsadüfi deyil ki, "Qarabağ" klubu dünənki qələbəni cənab Prezidentə həsr etmişdi. Bu sektorda olan digər  insanlar kimi, mən də qələbə münasibətilə çox böyük qürur yaşayıram. "Qarabağ" əzmkarlığın, mübarizliyin simvoludur. Ağdam klubu vaxtilə işğal altında olan ərazilərimizin adını layiqincə yaşadan klubumuz, taraiximizdir”.

Komitə sədri vurğulayıb ki, bundan sonra digər rəqiblər “Qarabağ”la oyundan qabaq bir-iki dəfə düşünəcəklər:

"“Qarabağ" klubunu, onun rəhbərliyini, baş məşqçi Qurban Qurbanovu, o cümlədən bütün futbolçuları təbrik edirəm. Azərbaycan vətəndaşı kimi onlara təşəkkür edirəm. Çünki bu hissləri yaşamaq olduqca gözəl və xoşdur. "Qarabağ"ın bu qələbəsi dünya mediasında, futbolunda tanınmış şərhçilər tərəfindən də olduqca yüksək qiymətləndirilib. "Qarabağ"a qrupda "autsayder" kimi baxan tanınmış klublar artıq onunla oyundan qabaq ciddi şəkildə düşünəcəklər. "Qarabağ"la zarafat etmək, onu asan rəqib kimi qiymətləndirmək olmaz. Qarabağın möhtəşəm sistemi, yaxşı oyunçuları və ən əsası güclü iradəsi var”.

Chosen
59
50
modern.az

10Sources