Daşbulağı 11 yaşında tərk edən sakin kəndə ailəsi ilə birgə qayıtdığını bildirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Daşbulaq kənd sakini Məzahir Novruzov deyib.
O, kəndi tərk etdikləri günü hələ də həyəcanla xatırladığını vurğulayıb:
"Kəndimizin işğal olunanda 11 yaşım vardı. O günləri indi də həyəcanla xatırlayıram. Baş verən o mənfi hadisələr uşaqlıq yaddaşımdan heç vaxt silinməyəcək. Bir vaxtlar yaddaşımda atışma səsləri ilə qalan kəndimizə indi altı nəfərlik ailəmlə, deyə-gülə qayıdırıq".