EN

Birinci yarımildə cari əməliyyatlar balansında 2,3 milyard dollar həcmində profisit formalaşıb

Bu ilin yanvar-iyun ayları üzrə cari əməliyyatlar balansında 2,3 milyard ABŞ dolları həcmində profisit formalaşıb.

Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin 6 ayı üzrə açıqladığı tədiyə balansı məlumatlarına əsasən, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 3 milyard dollar, xalis maliyyə öhdəlikləri isə 0,2 milyard dollar artıb.

Hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 6,3 faiz təşkil edib ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır.

Chosen
49
5
vergiler.az

6Sources