Bakı. Trend:
2025-ci il 16 sentyabr tarixində Azərbaycan RespublikasınınMinatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvlərinseçilməsi ilə bağlı səsvermə keçirilib.
Bu barədə Trend-ə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, keçirilən səsvermənin nəticələrinə, eləcə dəqanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış9 namizəd ANAMA yanında İctimai Şuranın üzvü seçilib.
Namizədliyi irəli sürülmüş şəxslərin hər biri minatəmizləmə,maarifləndirmə, minadanzərəçəkənlərə yardım, ölkəmizin minaproblemini dünya ictimaiyyətinin diqqətinə çatdırılması sahəsindəmüvafiq təcrübəyə malikdirlər.
ANAMA yanında İctimai Şuraya üzv seçilmiş namizədlər | ||
Say | Adı | Təmsil olunduğu vətəndaş cəmiyyəti |
1 | Həsənov Emil Möhtəbər oğlu | Azərbaycan Respublikası vətəndaşları (jurnalistlər vəhüquqşünaslar) təşəbbüs qrupu |
2 | Əzimzadə Hafiz Səlim oğlu | “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimaiBirliyi |
3 | Quliyeva Könül Fərhad qızı | “Uşaqların Gələcəyi Naminə” İB və “XXI Əsr Təhsil Mərkəzi”İctimai Birliyinin sədri |
4 | Mehdiyev Rəşad Azad oğlu | “Gilavar Foto Klubu” İctimai Birliyi İdarə Heyətinin sədri |
5 | Mərcanlı Musa Fehruz oğlu | İRS-Heritage jurnalının təsisçisi və rəhbəri |
6 | Mirzəyev Umud Rəhim oğlu | Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti |
7 | Piriyev Tural Fərman oğlu | Futbolun İnkişaf Fondunun (FİF) icraçı direktoru |
8 | Səfixanlı Roza Hafiz qızı | “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi |
9 | Vəliyeva Xatirə Yusif qızı | “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyininsədri |