EN

Ronaldonun Corcinası Nyu-Yorka niyə gedib?

"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriges Nyu-Yorka səfər edib

Publika.az xəbər verir ki, argentinalı model "Kering" şirkətinin hər il keçirilən "Qadınlara qayğı" adlı xeyriyyə gecəsində iştirak edib.

Tədbir moda dünyasının tanınmış simalarını və sosial təşəbbüsləri bir araya gətirib. Mərasim zamanı "Kering"ə daxil olan brendlərin - "Gucci", "Saint Laurent", "Bottega Veneta", "Balenciaga", "Boucheron", "Pomellato" və "Ginori 1735"in nadir məhsullarının qapalı hərracı təşkil olunub.

Məqsəd gender zorakılığı ilə mübarizə aparan və zərərçəkənlərə, eləcə də onların ailələrinə dəstək göstərən qeyri-hökumət təşkilatları üçün vəsait toplamaq olub.

Səfərin sonunda Corcina Nyu-Yorkdan seçdiyi geyim üslublarını sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.

Publika.az

Chosen
49
publika.az

1Sources