Naxçıvan şəhərində 5 yaşlı uşaq eyvandan yıxılıb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib.
Beşmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 2020-ci il təvəllüdlü Rzayeva Xədicə Heydər qızı ehtiyatsızlıqdan eyvandan yıxılıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən qızın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"