EN

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında vəkilliyə qəbulla bağlı məsələyə baxılıb

ain.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

2025-ci il sentyabrın 17-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclası açan VK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı, şifahi mərhələlərini və icbari təlim proqramını uğurla başa vuran 3 vəkilliyə namizədin, habelə bir hüquq elmləri doktorunun andiçmə mərasimi keçirilib. Onlar vəkil etikası və peşə borcları ilə bağlı and içərək Kollegiya sıralarına qəbul edilib.

Həmçinin bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, vəkilərin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi, vəkillərin təhsili ilə əlaqədar müəyyən müddətdə üzvlük haqqından azad olunması, o cümlədən bir neçə vəkilin vəkil kabineti yaratmaq, vəkil kabinetinin ünvanını dəyişdirilməsi ilə bağlı  müraciətlərə baxılaraq müvafiq qərarlar çıxarılıb. 

Bundan başqa, VK Rəyasət Heyətinə daxil olan bəzi müraciətlərin araşdırılaraq müvafiq rəy verilməsi üçün Vəkillərin İntizam Komissiyasına göndərilməsi barədə qərar qəbul edilib. 

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
37
10
missiya.az

10Sources