EN

“Avropanın Ukraynadakı hərbi birləşmələri Rusiya üçün qanuni hədəfə çevriləcək” - Lavrov

“Rusiya Ukraynadakı Avropa hərbi kontingentini qanuni hərbi hədəf kimi nəzərdən keçirəcək”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Avropa öz qoşunlarının Ukraynaya göndərilməsi məsələsini də müzakirə edir, dediyim kimi, biz bunu qanuni hərbi hədəf kimi nəzərdən keçirəcəyik”, - deyə siyasətçi vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron atəşkəs və ya sülh sazişi imzalandıqdan sonra 26 ölkənin Ukraynaya qoşun göndərməyə hazır olduğunu açıqlayıb. 

Daşqın HəsənovMissiya.Az

Chosen
83
missiya.az

1Sources