EN

Lionel Messi üçün 1 qol, 1 assist və 3 xal - Video

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in növbəti turu çərçivəsində “Sietl Saunders”lə qarşılaşıb.

“Vağlar” doğma meydanda baş tutmuş bu oyunda inamlı qələbəyə seviniblər – 3:1. Messi bu oyunda 90 dəqiqə meydanda olub. O, 12-ci dəqiqədə Jordi Albanın vurduğu qolda məhsuldar ötürmə müəllifi olub. 41-ci dəqiqədə isə argentinalı forvard özü qol vurub.

“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 49 xalla 5-ci pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 27 oyunda 14 qələbə qazanıb, 7 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 35 oyuna 27 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 74 oyun, 61 qol və 29 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 194 oyun keçirib, 114 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

error: Məzmun qorunur!
Chosen
39
7
arena.az

10Sources