EN

Aleksey İsayev nə vaxt hazır olacaq? klubdan açıqlama

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

“Sabah” “transfer pəncərəsi”nin son günündə sabiq futbolçusu Aleksey İsayevi heyətinə qatdı. Belə ki, “bayquşlar” iki mövsüm əvvəl 500 min manata “köhlən atlar”a satdığı futbolçunu 150 min manat ödəməklə geri qaytardı.Lakin təcrübəli yarımmüdafiəçinin adı hələ “Sabah”ın yeni mövsüm üçün iştirar ərizəsinə salınmayıb. Aleksey nə vaxt hazır olacaq? İştirak əizəsində nə vaxt salınacaq? Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov:

“Aleksey İsayev komanda ilə məşqlərə çıxır, lakin fərdi hazırlıq prosesi də var. Yaşıl meydanlara qayıtması bir neçə həftə çəkəcək”.

Nəzərinizə çatdıraq ki, klublar arasında olan müqavilədə Alekseyin “Qarabağ”a qarşı oynamasına qadağa qoyulması haqda bənd yoxdu.MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
58
1
icma.az

2Sources