EN

Bakıda işləyənlərin maaşı 1400-ə yüksəldi

Bu ilin yanvar-iyun aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 375,4 manat təşkil edib.  

NOCOMMENT.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-iyun ayları ilə nisbətən 8,4 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 % artaraq 1 097,3 manat təşkil edib.

Chosen
7
7
nocomment.az

10Sources