EN

Britaniyaya səfəri zamanı Tramp Melaniyaya nə deyib? - Mütəxəssis dodaq oxudu

Dodaq oxuma üzrə ekspert Nikola Hiklinqin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Britaniyaya rəsmi səfər üçün Londona gəldikdən dərhal sonra havadan şikayət edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mirror” yazır.

"Ah, soyuqdur. Nə yaxşı ki, biz palto geyinmişik", - Tramp deyib.

Bir az sonra təyyarəyə yaxınlaşan kimi ABŞ prezidenti həyat yoldaşına “Ay, ehtiyatlı ol” deyib.

Qəzetin yazdığına görə, Trampı Londonda Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper, ABŞ-nin Böyük Britaniyadakı səfiri Uorren Stivens və gecəni Vindzor qəsrində keçirəcək kral lordu Vikont Hud qarşılayıb.

QAZİLER.AZ

Chosen
32
qaziler.az

1Sources