Artıq bir müdddətdir ki, Bakının Nəsimi rayonu ərazisində (3-cü mikrorayon dairəsi yaxınlığı) “Köhnə Təzə Bazar” fəaliyyətə başlayıb.
Mindən artıq məhsul çeşidləri ilə zəngin olan bazarda həm də, ət, balıq məhsulları müştərilər üçün ən münasib qiymətə təklif olunur.
Bazara çıxarılan məhsullar dəyərindən ucuz qiymətə və yüksək keyfiyyətlə alıcılara təklif olunur.
Alıcılar burada bütün növ meyvə-tərəvəzləri, xüsusi qablaşdırılmış turşu məhsullarını, istəklərinə uyğun şəkildə əldə edə bilərlər.
Təşkilatçıların sözlərinə görə, hər həftəsonu bazarda müxtəlif yarmarkalar təşkil olunur.
Bir sözlə “Köhnə Təzə Bazar” yüksək keyfiyyətli məhsullarla müştərilərə xidmət göstərir.
Qeyd edək ki, bazara gələn alıcıların rahatlığını təmin etmək məqsədi ilə ərazidə avtomobil dayanacağı da ayrılıb.














