EN

Nazir: Azərbaycanda müdafiə sənayesində vacib addımlar atmışıq

Bakıdakı TEKNOFEST-ə qatılan azərbaycanlı gənclərin bir qismi Türkiyə ilə ortaq layihələrdə iştirak ediblər.

Herbiand.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır səsləndirib.

Nazirin sözlərinə görə, Azərbaycandan olan gənclər öz texnoloji startaplarını yaradırlar: “İstəyimiz budur ki, “bir millət, iki dövlət” olan Türkiyə ilə Azərbaycanın texnoloji müstəqilliyə gedən yolda çiyin-çiyinə irəliləməsidir”.

Nazir iki ölkə arasında davam edən layihələrdən də söz açıb: “Azərbaycanda müdafiə sənayesində vacib addımlar atmışıq. Yeni texnoparklarımız qurulur. Uşaqların qatılacağı elm mərkəzləri layihəmiz var. Bütün bunlar Türkiyə-Azərbaycan münasibətlərinin gələcəkdə daha da güclü olacağının nişanəsidir”.

Chosen
12
3
herbiand.az

4Sources